Bu ilin üçüncü rübündə Böyük Britaniyanın BP şirkətinin mənfəəti illik ifadədə 2,5 dəfə azalıb.
Musavat.com şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, azalma neft-qaz qiymətlərindəki ucuzlaşma ilə bağlıdır.
İyul-sentyabr aylarında düzəliş edilmiş mənfəət əvvəlki üç aydakı 2,6 milyard dollarla müqayisədə 3,29 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 8,15 milyard dollara bərabər olmuşdu. Analitiklər üçüncü rübdə BP-nin 4,01 milyard dollar mənfəət əldə edəcəyini proqnozlaşdırmışdılar.
Üçüncü rübdə şirkətin xalis mənfəəti 2022-ci ilin üçüncü rübündəki 2,16 milyard dollar zərərə qarşı 4,86 milyard dollar olub. Bu ilin ikinci rübündə isə şirkət 1,79 milyard dollar xalis gəlir əldə edib.
BP səhmdarlara hər səhmə görə rüblük 7,27 sent dividend ödəniləcəyini elan edib. Bundan əlavə, üçüncü rübdə şirkət öz səhmlərinin bir hissəsini 2 milyard dollara geri alıb. Dördüncü rübün nəticələri açıqlanmazdan əvvəl daha 1,5 milyard dollar dəyərində səhmlərin geri alınması proqramına başlamaq niyyətindədir.
Ötən rübdə şirkətin xalis borcu 1,3 milyard dollar azalaraq 22,3 milyard dollar təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında BP-nin karbohidrogen hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq sutkada 2,31 milyon barel neft ekvivalentinə çatıb. Orta satış qiyməti bir barel neft ekvivalenti üçün ötən ilki 74,08 dollardan 47,28 dollara düşüb.
Bu ilin əvvəlindən BP-nin kapitallaşması 11 faiz artaraq 89,9 milyard funt-sterlinqə çatıb, FTSE 100 fond indeksi isə demək olar ki, 1,7 faiz azalıb.
Musavat.com