“Boz Qurdlar” Kölndə erməni abidəsini sökdürdü, alman mediası kin qusdu

Köln şəhərinin meri Henriett Reker Türkiyənin “Boz Qurdlar” təşkilatının cəhdləri nəticəsində qondarma “erməni soyqırımı” abidəsini sökmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Welt” telekanalı məlumat yayıb.

Bir neçə ildən sonra erməni memorialının yerində “irqçiliyə qarşı və insan haqları naminə” abidəsi ucaldılacaq.

““Boz Qurdlar” kimi tanınan sağçı ekstremistlər həmişə Köln şəhərində fəallıq göstəriblər. İndi onlar məqsədlərinə çatdılar. Bundan sonra “soyqrımı” (qondarma - red.) edən türklər xatırlanmayacaq”, - deyə “Welt” kanalı qərəzini və kinini bu sözlərlə ifadə edib.

Kanal Türkiyəyə qarşı qərəzli mövqeyi ilə seçilən Kamal Bozayın də rəyini alıb. Onun sözlərinə görə, Almaniyada türkyönlü qüvvələrin təsiri yaxın gələcəkdə zəifləməyəcək, Almaniyada Ankaraya müqavimət müqayisə olunmayacaq qədər azdır.

“Welt” Almaniyada “Boz Qurdlar”ın 12 000-18 000 olduğunu bildirib.

Musavat.com

20.12.2023 17:40
3071