Böyük Britaniyaya sükut çökəcək

Böyük Britaniyada sentyabrın 18-i London vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə 23:00) “Big Ben”in zəngi ilə bir dəqiqəlik sükut elan ediləcək.

Musavat.com xəbər verir ki, saatın ilk zəngi sükut dəqiqəsinin başlanğıcını, ikinci zəngi isə onun sonunu bildirəcək.

Dəfn mərasimi zamanı isə “Big Ben” bir dəqiqəlik fasilələrlə zəng çalacaq. 

18.09.2022 22:02
1104