Böyük Britaniyada “Klaudio” qasırğası ilə bağlı sarı hava xəbərdarlığı edilib.
AZƏRTAC xəbər verir ki, fırtınanın çərşənbə axşamı şərqə doğru hərəkət edəcəyi, yağıntıların olacağı gözlənilir. Uelsin qərb bölgələri, Şotlandiyanın cənub-qərb, həmçinin Şimali İrlandiyanın şərq sahilləri də daxil olmaqla, İrlandiya sahillərində ən güclü küləklər hiss olunacaq. Bəzi sahil bölgələrində küləyin sürəti 70 metr/saniyədən yuxarı çatacaq.
Milli Meteorologiya Mərkəzi həftənin ortalarına qədər hava şəraitinin yaxşılaşmayacağını bildirib.