Böyük Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir

Böyük Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi deyib.

Dəməşqə səfər edən nazir bildirib: "Böyük Britaniya diplomatik münasibətləri bərpa edir, çünki bütün suriyalılar üçün sabit, daha təhlükəsiz və firavan gələcək qurmaq öhdəliyini yerinə yetirməkdə yeni hökuməti dəstəkləmək bizim maraqlarımıza uyğundur".

Musavat.com

05.07.2025 23:00
466