Britaniya Kralı Çarlzda xərçəng xəstəliyi aşkarlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb.
Açıqlamada deyilir ki, Krala xərçəng diaqnozu qoyulub və o, müntəzəm müalicə almağa başlayıb: “Kral dövlət vəzifələrini təxirə salsa da, müalicəsinə tamamilə məsuliyyətli yanaşır".
Qeyd edək ki, Kral bundan bir neçə həftə öncə prostat vəzinin böyüməsi səbəbindən əməliyyat olunmuşdu.
Musavat.com