“Böyrəyimdə daş var idi, böyüdüləcək bir şey yoxdur” - Faiq Sücəddinov

Xəbər verildiyi kimi, Xalq artisti Faiq Sücəddinovun səhhətində problem yaranıb.

Musavat.com xəbər verir ki, bəstəkar böyrəyində yaranan problemə görə təcili əməliyyat olunub.

Bununla bağlı sənətçi saytımıza danışıb: “Bu xəbərləri kim yayır, axı burada böyüdüləcək bir şey yoxdur. Böyrəyimdə daş var idi, gedib əməliyyat etdirdim və götüzdürdüm. İndi evdəyəm, yaxşıyam. Hər şey qaydasındadır”.

Şahanə Rəhimli
Musavat.com

04.04.2025 16:25
536