Boşandıqdan sonra ilk dəfə xoşbəxt görüntüləndi - FOTO

Son bir il ərzində Natali Portman gündəmə yalnız şəxsi həyatında yaşadığı ağır günlərlə gəlib.

Keçən il iyun ayında aktrisanın əri Benjamin Millepiedin ona gənc xanımla xəyanət etdiyi məlum oldu. Portman ərinə şans versə də, sonda ayrılıq qərarı alıb.

Portman uzun müddət sonra paparassilərin obyektivinə tuş gəlib. Natali başqa bir bəylə yaxalanıb. Onun yanındakı şəxsin 28 yaşlı irlandiyalı aktyor Pol Meskal olduğu ortaya çıxıb.

"Daily Mail" onların "Variety" jurnalı layihəsi çərçivəsində tanış olduqlarını yazıb. (Axşam.az)

01.06.2024 21:59
884