Boşandığı arvadını evə kilidləyib yandırdı - Dəhşətli olay

Türkiyədə ər boşandığı arvadını evə kilidləyərək, yandırıb.

Dəhşətli hadisə Adana şəhərində baş verib.
 
Fadime Korkusuzun (41) boşandığı əri Muammet G. (57) dünən evə gələrək keçmiş həyat yoldaşı ilə mübahisə edib. İddiaya görə, Muammet G. keçmiş həyat yoldaşını evə kilidləyib və evi yandırıb. Ətrafdakıların xəbəri üzərinə evə xilasetmə, polis və sağlamlıq qrupları sövq edilib. Qadın dərhal xilas edilərək xəstəxanaya çatdırılıb.
 
Bundan əlavə, cütlüyün evdəki uşaqları E.G. (17) də yaralanıb. Ev isə tamam yararsız hala düşüb. Polis qrupları Muammet G.-ni Sarıçam rayonunda tutaraq saxlayıb.
 
Hazırda yanan qadının vəziyyəti ağırdır. Araşdırma aparılır.//Bakupost.az
 
03.11.2023 19:01
1310