"Boşananlar üçün parti edəcəyəm"

"Artıq mən də boşananlar üçün parti edəcəyəm. Yəni ki, sivil şəkildə boşananlar dostları və rəfiqələrinin iştirakı ilə bunu qeyd edəcəklər".

Bu sözləri müğənni Əbdül Xalid "Xəbərin var?" verilişində deyib. O, artıq ölkəmizdə belə bir məclisi idarə etdiyini də bildirib:

"Artıq belə bir məclisdə oxumuşam. Özüm də şoka düşmüşdüm. Ansamblımla getmişdim, dicey də var idi. Soruşdum ki, nə məclisidir? Dedilər ki, boşanma. Səbəbkarların hər ikisi də xoşbəxt görünürdülər. Oradakı boşananların övladları da travma almır. Məclisdən sonra qız atası, oğlan isə anası ilə getdi. Bunlar dəbə mindikdən sonra boşananlar sosial verilişlərə də getməyəcəklər".//Axşam.az

13.11.2024 10:00
647