Borrell Səudiyyə Ərəbistanında Qəzza və Qırmızı dənizdəki vəziyyəti müzakirə edəcək

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell HƏMAS-la İsrail arasında münaqişə və Qırmızı dənizdə gərginliyin artması ilə bağlı müzakirələr aparmaq üçün Səudiyyə Ərəbistanına yollanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidməti məlumat yayıb.

Bildirilib ki, Aİ rəsmisinin səfəri iki gün davam edəcək. O, səfər çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl-Səud və Fars Körfəzi Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd Əl-Budayvi də daxil olmaqla, yüksək vəzifəli rəsmilərlə görüşəcək.

Xatırladaq ki, J.Borrell Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün yanvarın 5-6-da Livanda səfərdə olub.

07.01.2024 16:19
282