Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell ilə Fələstinin Baş naziri Məhəmməd Mustafa arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə avropalı diplomat sosial şəbəkədə bildirib.
“Fələstinin Baş naziri Mustafa ilə Fələstində və bölgədəki vəziyyətlə bağlı danışdım. Mən onu Qəzzada humanitar fəlakətin aradan qaldırılması, Fələstin Administrasiyasında islahatların aparılması və gücləndirilməsi, habelə qanunsuz köçkünlərin məsuliyyətə cəlb edilməsi üçün Aİ-nin davamlı dəstəyinə əmin etdim”, – o qeyd edib.