Avropa diplomatiyasının rəhbəri Josep Borrel ABŞ-də keçirilən seçkilərdə respublikaçı Donald Trampın qələbəsindən sonra Ukraynanı Avropa İttifaqının davamlı dəstəyinə əmin etmək üçün Kiyevə səfərə gəlib.
Musavat.com xəbər verir ki, bu barədə AFP agentliyi yazır.
"Mesaj aydındır - avropalılar Ukraynanı dəstəkləməyə davam edəcəklər", - Borrel agentliyin jurnalistinə deyib.
Diplomatiya rəhbəri xatırladıb ki, Aİ münaqişənin əvvəlindən Ukraynanı dəstəkləyib və o, eyni mesajla gəlib. Borrel bildirib ki, Avropa nə qədər lazımdırsa, Kiyevi dəstəkləyəcək.
“Heç kim yeni administrasiyasının nə edəcəyini dəqiq bilmir. Amma biz avropalılar bu fürsətdən daha güclü və vahid Avropa qurmaq üçün istifadə etməliyik və bizim birləşmiş, daha güclü və daha bacarıqlı olmağımızın yollarından biri də Ukraynanı dəstəkləməkdəki rolumuzdur”.
Bundan əvvəl Rusiyada güman olunurdu ki, Trampın ələbəsi ilə bağlı artıq ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynaya münasibətinin dəyişməyə başlayıb.
Musavat.com