Borrel Bişkəkdə-Qırğızıstandan “Putin İttifaqından çıxarıq...” hədəsi

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi  Cozep Borrel avqustun 1-dən-3-dək  Orta Asiyanın keçmiş sovet respublikalarında səfərdə olub.  Musavat.com “Nezavisimaya qazeta” ya istinadən xəbər verir ki, o,  Qazaxıstan prezident  Tokayevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatları, eləcə də Qazaxıstanın müstəqilliyini və suverenliyini qoruyub saxlamaq səylərinə dəstəyi yüksək qiymətləndirib. Aİ rəsmisi həmçinin Qazaxıstanın iqtisadi və siyasi islahatların eyni vaxtda aparılmalı olduğu modernləşməyə sadiqliyini alqışlayıb. Sonda Avropa İttifaqının nümayəndəsi qeyd edib ki, Qazaxıstan regionda mühüm xammalın tədarükü sahəsində Aİ ilə əməkdaşlıq memorandumu imzalayan ilk dövlət olub. O, dünən Qırğıstana gəlib və burada da rəsmi görüşlər keçirib.    

Bu arada isə Qırğızıstandan ilginc bir bəyanat səslənib. Belə ki, ölkınin baş nazirinin müavini  Rusiyada miqrantların işləməsinə  mümkün məhdudiyyətlərə kəskin reaksiya verib.   Edil Baysalov X səhifəsində yazıb ki, Qırğızıstan ümid edir ki, Rusiyada miqrantların işinə mümkün məhdudiyyətlər onun ölkəsinin vətəndaşlarına şamil edilməyəcək, əks halda “Avrasiya İqtisadi İttifaqda iştirakın mənasını xalqa əsaslandırmaq çox çətin olacaq”.

“Biz ondan çıxış edirik ki, Rusiya Dövlət Dumasında müzakirə edilən bu və digər düzəlişlər və məhdudiyyətlər Qırğızıstan vətəndaşlarına şamil edilməyəcək.  Aİİ-nin fundamental prinsiplərinə əsasən, vətəndaşlarımız əmək bazarına sərbəst və bərabər çıxış əldə edirlər. Hər hansı başqa təfsir və vətəndaşlarımızı üçüncü ölkələrdən gələn miqrantlarla eyniləşdirdirildiyimiz halda, Aİİ-də iştirakın mənasını xalqımıza əsaslandırmaq bizim üçün çox çətin olacaq”, - deyə məlumatda bildirilir.

1722678340_360_f_436562185_flc1qbmt0y1amjc5j6qsi3sd26qk96ke.jpg (38 KB)

Yada salaq ki, iyulun 31-də “Ədalətli Rusiya – Həqiqət naminə” təşkilatının sədri Sergey Mironov və onun müavini Yana Lantratova Dövlət Dumasına miqrantların tibb və əczaçılıq, eləcə də məktəb və digər sahələrdə işləməsini qadağan edən qanun layihəsi təqdim ediblər.

Qanun layihəsində əməkhaqqı 100-120 min rubldan çox olduqda miqrantların kuryer kimi işə götürülməsinə qadağa qoyulması da təklif edilir. Təşəbbüsün müəllifləri mümkün qeyri-qənaətbəxş “bilik və bacarıq” səviyyəsinə görə əcnəbilərin sərnişindaşıma xidmətlərinin göstərilməsinə məhdudiyyətlərin qoyulmasını, habelə orta gəlirdən yuxarı olan bəzi fəaliyyət növlərinə qadağa qoyulmasını istəyirlər.  

Avrasiya İqtisadi İttifaqı (Aİİ) regional iqtisadi inteqrasiya üçün beynəlxalq təşkilatdır. Onun yaradılması haqqında saziş 2014-cü il mayın 29-da imzalanıb. Aİİ-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.

Musavat.com 

03.08.2024 18:28
1172