Borelldən gözlənilməz açıqlama: "Normallaşmanı..."

Avropa İttifaqının Xarici siyasət departamentinin rəhbəri Jozef Borrell gözlənilməz açıqlama verib.

Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, Borrell açıqlamasında bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə intensiv ikitərəfli gündəliyimiz, Ermənistanın davamlılığına dəstək və yeni Aİ-Ermənistan tərəfdaşlıq proqramı haqqında səmərəli fikir mübadiləsi aparılıb.

Borrell Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini təsdiqləyib.

"Bizim ümumi məqsədimiz Cənubi Qafqazda davamlı sülhdür", - o vurğulayıb.

27.05.2024 11:39
1104