Bomboş, amma olduğu kimi Xankəndi - YENİ GÖRÜNTÜLƏR

Sosial mediada Xankəndidən yeni görüntülər yayılıb. 

Musavat.com xəbər verir ki, yayılan görüntülərdən aydın olur ki, Azərbaycan ordusu və polis qüvvələri Xankəndidən köçən ermənilərin əmlakına, eyni zamanda burada yerleşən otellərə və digər ictimai obyektlərə toxunmayıblar.

Peşəkar montajdan və ingiliscə təqdimata görə düşünmək olardı ki, bu kadrları xarici jurnalistlər hazırlayıblar. Lakin Musavat.com aydınlaşdırıb ki, bu kadrları Kənan Əfəndi adlı gənc soydaşımız çəkib, təqdim edib. Kadrlarda görünən də odur. 

Videodan da görünür: bomboş, amma olduğu kimi Xankəndi müşahidə olunur! Hər şey yerindədir, hətta bayraqlar da sökülməyib; sadəcə, ermənilər yoxdur.

Çəkilişin tarixi isə bəlli deyil.

Sözügedən görüntüləri təqdim edirik.

Musavat.com

15.10.2023 08:00
4779