BOMBA HƏYƏCANI - Türkiyə təyyarəsi TƏCİLİ eniş etdi

Türk Hava Yollarına (THY) məxsus Varşavadan İstanbula uçan sərnişin təyyarəsi bomba təhlükəsi ilə Rumıniyanın paytaxtı Buxarestdə məcburi eniş edib.

Musavat.com xəbər verir ki, bu barədə Türk Hava Yollarının Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, axşam saatlarında Varşava Hava Limanından 150 sərnişini olan TK 1766 nömrəli uçuş həyata keçirilib.

Bomba təhdidi alan təyyarənin pilotu Rumıniyanın Buxarest Hava Limanının Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə əlaqə saxlayıb və eniş üçün icazə istəyib.

THY-nin təyyarəsi heç bir problem olmadan Buxarest hava limanına eniş edib.

Təyyarədə olan sərnişinlər təxliyə edilib. Rumıniya polisi təyyarənin salonunda və yük hissəsində ətraflı axtarışa başlayıb.

Axtarış zamanı xəbərin əsassız olduğu məlum olub.

Daha sonra Buxarestdən havaya qalxan təyyarə saat 03.20-də İstanbula eniş edib.

Musavat.com

13.04.2024 13:23
813