Bolqarıstan hökumətinin başçısı vəzifəsinə namizəd Mariya Qabriel siyasi tərəfdaşlarla razılığa gəlmək və yeni kabinet formalaşdırmaq cəhdlərini davam etdirməkdən imtina edib.
“Baş nazir postundan imtinam haqqında parlamentə məktub təqdim edəcəyəm”, - Qabriel deyib.
Onun sözlərinə görə, partiyası “hökumətin ikinci variantı üzrə danışıqlarda iştirak etməyəcək”.
Siyasətçi onu da qeyd edib ki, o, hökumətdəki fəaliyyətini səlahiyyət müddəti bitənə qədər davam etdirəcək.//Oxu.az