Bolqarıstanda yeni qaz nəqli dəhlizinin əsası qoyulub

“Bulqartransqaz” şirkəti bir sıra Bolqarıstan və Amerika şirkətlərini birləşdirən konsorsiumla “şaquli qaz dəhlizi”nin tikintisinə dair iki müqavilə imzalayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, dəhliz Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Slovakiya, Ukrayna və Moldovada qaz nəqli şəbəkəsi operatorlarının təşəbbüsü ilə yaradılır və uzunmüddətli perspektivdə tədarükün şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyinə təminat verir.

Bolqarıstan hökumətinin yaydığı açıqlamaya görə, ölkə Rusiya təbii qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasından sonra şaquli qaz dəhlizinin regionda aparıcı infrastruktur layihəsinə çevriləcəyini gözləyir: “Təxminən 485 milyon leva (təxminən 242,5 milyon avro – red.) dəyərində olan layihələr ABŞ və digər istehsalçılar şəklində etibarlı tərəfdaşlardan mayeləşdirilmiş təbii qazın tədarükü imkanlarını əhəmiyyətli dərəcədə artıracaq ki, bu da yalnız bu təşəbbüsün üzvləri üçün deyil, həm də bütün Mərkəzi Avropa bazarı üçün əlavə təhlükəsizlik və əmin-amanlığı təmin edəcək”.
Şaquli qaz dəhlizinin tikintisinin 2025-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.

Musavat.com

06.06.2024 17:12
442