Bolqarıstan XİN: “Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsinə bel bağlayırıq”

“Rusiyanın təcavüzü təkcə regionda deyil, bütövlükdə, Avropada təhlükəsizliyi təhlükə altına alan yeni geosiyasi reallıq yaradıb”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra deyib.

“Bu kontekstdə biz Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsinə bel bağlayırıq. Bu da Avropa və Avroatlantik təhlükəsizliyi gücləndirəcək”, - XİN başçısı vurğulayıb.

31.05.2022 15:54
366