Bollivud aktrisasına ədəbsiz mesaj göndərdi, sevgilisi isə onu...

Hindistanlı məşhur aktyor Darşan Thqudipa və həmkarı olan sevgilisi Pavitra Qovda qəddar şəkildə adam öldürmədə ittiham olunaraq həbs ediliblər.

İddiaya görə öldürülən Renuka Svami adlı şəxs aktrisanın pərəstişkarı olub və onu hər yerdə izləyib. Qovdanın Darşanla münasibətlərini açıq-aşkar şəkildə etiraf etməyi fanatı qəzəbləndirib və o, aktrisaya mesajlar göndərməyə başlayıb. İsmarışların sonda ədəbsiz xarakter alması isə ona həyatı bahasına başa gəlib.

İddiaya görə, mesajlardan xəbər tutan Darşan onu qəddar şəkildə, xüsusi amansızlıqla qətlə yetirib.

33 yaşlı kişinin meyiti kanalda tapılıb. Sonradan Renuka Svaminin oğurlanma anının görüntüləri tapılıb və televiziya ilə yayımlanıb.

Cinayətlə əlaqədar polis ümumilikdə 17 nəfəri həbs edib. Onlara qətl, adam oğurluğu, sübutların məhv edilməsi və cinayət məqsədli qəsd ittihamları irəli sürülüb.

Qeyd edək ki, Darşan Thqudipa bu günə qədər 60-dan çox filmə çəkilib, bunların böyük əksəriyyəti ölkə səviyyəsində məşhur olub.//Oxu.az

22.06.2024 21:32
1326