Bölgə məktəblərində yeni tədris ilinə hazırlıq məqsədilə dezinfeksiya işləri aparılır

Təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq üçün dezinfeksiya işləri aparılır.

"Report"un Aran bürosunun məlumatına görə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam edir.

Sinif otaqları, dəhlizlər və ümumi istifadə olunan sahələr xüsusi təmizlik prosedurlarından keçirilir.

Artıq region üzrə bir neçə məktəb və məktəbdənkənar müəssisə dezinfeksiya olunub. Dezinfeksiya işləri digər məktəblərdə də davam etdirilir.

03.09.2024 21:14
212