BMW ağaca çırpıldı, sürücü öldü

Qəbələdə ağır yol qəzası baş verib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Nohurqışlaq kəndindən keçən hissəsində BMW markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü Əhməd Rəsulzadə ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən şəxs orada vəfat edib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

14.08.2024 12:12
652