BMT sülhməramlıları ATƏŞƏ TUTULDU

BMT sülhməramlıları Malinin şimal-şərqindəki Tesalit şəhərindəki bazasını sürətlə tərk ediblər.

Bu barədə BMT-nin Malidəki sülhməramlı qüvvələrinin (MINUSMA) qərargahı məlumat yayıb.

“MINUSMA qüvvələrinin Tesalit bazasından sürətlə çıxarılması həddindən artıq gərginlik və missiyanın həyatını riskə atan təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda tamamlanıb”, - deyə məlumatda vurğulanıb.

Tessalit bazasının bağlanması missiyanın mandatını sona çatdıran BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra MINUSMA qoşunlarının Kidal bölgəsindən ilk və Malidəki altıncı bazasından çıxarılmasını göstərir.

Kontingentin Tesalitdən çıxarılması sülhməramlıların atəşə tutulması ilə müşayiət olunub. Qeyd olunub ki, sülhməramılların bir hissəsi olan Çad bölmələri artıq evə uçub. Missiya komandanlığı, həmçinin nəqliyyat vasitələri, generatorlar və döyüş sursatları da daxil olmaqla, çıxarıla bilməyən avadanlıqları məhv etmək və ya sıradan çıxarmaq qərarına gəlib.

İyunun 30-da BMT Təhlükəsizlik Şurası Mali hökumətinin tələbi ilə bu ölkədən sülhməramlı missiyanı dayandırmaq barədə qətnaməni yekdilliklə qəbul edib. Sülhməramlıların çıxarılması 31 dekabr 2023-cü ilə qədər tamamlanmalıdır.//Report

22.10.2023 22:37
1227