BMT missiyası yaxın günlərdə yenidən Qarabağa səfər edəcək

BMT missiyası yaxın günlərdə yenidən Qarabağa səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni ilə görüşündə bildirilib.

Görüşdə yaxın vaxtlarda BMT-nin Azərbaycanda rezident əlaqələndirici ofisinin təşkilatın aidiyyəti ixtisaslaşmış qurumlarının nümayəndələri ilə birlikdə Qarabağ bölgəsinə yenidən səfər edəcəkləri diqqətə çatdırılıb, ölkəmizin bu prosesi dəstəklədiyi qeyd olunub.

06.10.2023 15:59
449