BMT missiyası növbəti dəfə Qarabağa gəlib - FOTO

BMT missiyası növbəti dəfə Qarabağa gəlib.

APA xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. 

Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.

Qeyd edək ki, BMT missiyası oktyabrın 1-də də Qarabağa səfər edib.

09.10.2023 10:57
1012