BMT: İsrail Qəzzada evlərin 92%-ni yerlə bir etdi – 2 milyondan çox insan evsiz qaldı

İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında fəlakət səviyyəsində dağıntılar qeydə alınıb.

Musavat.com xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi  mayın 19-da verdiyi bəyanatda Qəzzadakı evlərin 92%-nin dağıdıldığını və ya ciddi ziyan gördüyünü açıqlayıb.

Bəyanata görə nəticədə 2 milyondan çox fələstinli yaşayış yerini itirib və təkrar-təkrar məcburi köçkün vəziyyətinə düşüb. “Utanılacaq dərəcədə çox insan dəfələrlə köçməyə məcbur qalıb, sığınacaq yerləri isə demək olar ki, qalmayıb,” – deyə təşkilat bəyan edib.

Agentlik İsrailin Qəzzaya tətbiq etdiyi blokadanın qəti şəkildə aradan qaldırılmasını tələb edərək, humanitar fəlakətin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıb.

Musavat.com

23.05.2025 15:42
331