2023-cü il oktyabrın 7-dən Qəzza zolağında ölən və yaralananların sayı anklav əhalisinin 5%-nə çatıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının hesabatında deyilir.
Qeyd olunub ki, ölənlərin təxminən 70%-i qadın və uşaqlardır.
"12 aprel 2024-cü il tarixinə Qəzzada ən azı 33 207 nəfər həlak olub, 7 minə yaxın insan itkin düşüb", - sənəddə deyilir.
Hesabatda daha 80 683 fələstinlinin zərər çəkdiyi bildirilir.
Musavat.com