Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail ordusunun Fələstin ərazilərindən 12 ay ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni 124 səslə qəbul edib.
APA xəbər verir ki, sənədin lehinə 12 ölkə çıxıb, 43-ü isə bitərəf qalıb.
Qətnamədə həmçinin ölkələr İsrailin yaşayış məntəqələrindən idxal olunan məhsullara qadağa qoyulmasına çağırılıb.
Bu, Fələstin tərəfinin BMT-də bir sıra hüquqlara yiyələndikdən sonra təqdim etdiyi ilk ali sənəddir.