Bloqer qızlar “Krokus”da təkrar teraktla bağlı zarafat ediblər

 

Rusiyalı bloqer qızlar Moskva yaxınlığındakı “Crocus City Hall”da təkrar terror aktı ilə bağlı etdiklər zarafat-hədə videosunu internetdə yerləşdiriblər.

Musavat.com xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Videoçarxda görünür ki, bloqer qızlar konsert zalının dayanacağından keçərkən istehza edirlər. “Biz “Crocus City Hall”a gəldik. İndi biz terror aktı törədəcəyik. Əladır”, - bloqqerlər etdilər. Qızlar videonu “eşkere” və “yo” qışqırmaları ilə bitiriblər.

Görüntülərdə yoldan keçənlərdən onların qalmaqallı açıqlamalarının fərqinə varıb-varmadığı, reaksiya verib-vermədiyi göstərilmir.

Yumoristik tona baxmayaraq, videoçarx hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini çəkib. REN TV kanalı öyrənib ki, müstəntiqlər paylaşımla bağlı araşdırmaya başlayıb və videonun müəlliflərini müəyyənləşdirməyə çalışırlar.

Xatırladaq ki, bu il martın 22-də dörd silahlı şəxs “Picnic” rok qrupunun konsertindən əvvəl “Crocus City Hall”un konsert zalına basqın edərək atəş açıb və binanı yandırıb. 145 insan olüb, yüzlərlə insan xəsaərt alıb. Daha sonra hücum edənlər avtomobillə qaçaraq Bryansk vilayətində saxlanılıblar. Hücumdan sonra terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, o cümlədən silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə bir neçə cinayət işi açılıb.

Musavat.com

10.11.2024 17:17
264