Rusiyada yaşayan azərbaycanlı videobloqer Hüseyn Həsənov dünən Bakıda fanatları ilə görüşdə səhnədə yer alan şəxsin insanları qayışla vurması barədə yayılan videoya münasibət bildirib.
Musavat.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə özünün İnstaqram hesabında paylaşım edib.
Həmin şəxslə görüşdüyünü bildirən bloqer deyib:
"O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlini çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?".