“Bloomberg”: "ECB depozit dərəcəsini 3 %-ə endirəcək"

Avropa Mərkəzi Bankının (ECB) bu ilin III rübünün əvvəlində depozit dərəcəsini 3 %-ə endirəcəyi proqnozlaşdırılır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Bloomberg”in sorğusuna qatılan iqtisadçılar bildirib.

Bununla belə, iqtisadçıların əksəriyyəti zirvəyə çatdıqdan sonra dərəcələrin sabit saxlanılacağına inanır: “ECB inflyasiya ilə mübarizəni 6 ay ərzində başa çatdıra bilər və bank iyluda aşağı faiz dərəcələrinə keçə bilər.”

Bildirilir ki, ECB-nin depozit dərəcəsi iki mərhələyə hazırki %-dən 3,25 %-ə çatdıracağı gözlənilir.

16.01.2023 16:05
360