Bloger Hüseyn Həsənovun bankdakı pulları bloklandı - milyonlarla borcu var

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov vergi ilə bağlı proseslərə cəlb oluna bilər.

Ona qarşı Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb.

Məlumata görə, Həsənovun Federal Vergi Xidmətinə 144 milyon rubl (təxminən 2 milyon 779 min 200 manat) məbləğində borcu yığılıb. Hazırda blogerin özü başqa dövlətin ərazisindədir.

Bildirilir ki, vergi orqanları Həsənovun dörd bankdakı hesablarını bloklayıb.//Lent.az

15.06.2024 21:42
2005