Blinkenin bu görüntüləri Qərbi ÇALXALADI - gecə klubu, pizza, cins şalvar...

Xəbər verildiyi kimi, ABŞ dövlət katibi Entoni Blinken Kiyevdəki gecə klublarının birində gitarada musiqi ifa edib.

@@TVmusavat/85632@@

Bundan əvvəl Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Veterano Pizza”da işgüzar nahar ediblər.

Blinkenin Kiyevə səfəri Qərb mediasının əsas mövzularından birinə çevrilib. 

“Wall Street Journal”: Səfərin əsas məqsədi Amerikanın köməyinin Ukraynanın müdafiəsini necə gücləndirə biləcəyini müzakirə etmək idi, bu təşəbbüs Rusiyanın hərbi uğurları ilə mümkün deyil.

“New York Times”: Qəzza zolağında aclıq və Xarkovdakı gərginlik fonunda Blinkenin barda səhnədəki çıxışı internetdə qınaqlara səbəb oldu, çoxları deyirdi ki, indi cins şalvarda səhnədə improvizasiya etmək vaxtı deyil.

“Hill”: Kiyev barında konserti zamanı qrupun müğənnisi Blinkeni tamaşaçılara təqdim edərək onu Ukraynanın ən böyük dostu adlandırıb.

Musavat.com

15.05.2024 11:12
1049