Blinken Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edəcək.

Musavat.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Nazir bildirib ki, Blinken şənbə günü Türkiyədə olacaq. Hakan Fidan səfərin təfərrüatlarını açıqlamayıb.

"Blinken mənim qonağım olacaq. Dəyişiklik olmasa, qonağımız kimi gələcək" , deyə H.Fidan vurğulayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

03.01.2024 19:07
654