İsveç tezliklə NATO-ya qoşulacaq və bu, alyansın “potensialını gücləndirməyə” xidmət edəcək.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü ildə Şimali Atlantika Alyansı “daha böyük və daha güclü” olub.
“Bu il NATO-ya 31-ci üzvü Finlandiya qoşulub və İsveç də yaxın gələcəkdə bura qoşulacaq ki, bu da müdafiə alyansının potensialını gücləndirəcək və imkanlarını qüvvətləndirəcək”, – ABŞ dövlət katibi bildirib.