ABŞ dövlət katibi Entoni Blinken bu gün Münhendə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, TURANın Vaşinqton müxbiri xəbər verir.
Görüş saat 13:35-ə yerli vaxtla təyin edilib, Dövlət Departamenti cümə günü axşam saatlarında bildirib.
Görüş barədə əvvəllər məlumat verilməyib. Keçən ay Blinken Paşinyan və Əliyevlə ayrı-ayrılıqda danışıb və sülh prosesinin son uğursuzluğu fonunda onları birbaşa danışıqları yenidən başlamağa çagırıb.//TURAN