Blinken: ABŞ İsrailin Qəzza zolağının uzunmüddətli işğalını qəbul etmir

ABŞ İsrailin Qəzza zolağının uzunmüddətli işğalını qəbul etmir.

APA xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, razılaşmada İsrail Ordusunun Qəzzadan çıxarılmasına dair dəqiq cədvəl və məkanlar var.

Bir müddət Blinken İsrailin Qəzza zolağında nizamlanma ilə bağlı ABŞ-nin yeni təklifini qəbul etdiyini bildirmişdi.

21.08.2024 02:22
196