“Bizdə bloger yoxdur, yoldan keçənlər…”

“Biz blogerliyə əlavə gəlir yeri kimi baxırdıq. İndi isə bir nömrəli gəlir yerimizdir. O biri blogerlərdən fərqimiz - biz aktyor-aktrisa kimi tanınmışıq. İndi isə həm də blogerlik edirik”.

Musavat.com xəbər verir ki, bu sözləri aktyor Elvin Ağayev “Günə doğru” verilişində deyib.

Aktrisa Elvina Atakişiyeva isə Azərbaycanda bloger olmadığını bildirib:

“Biz video kontent yaradırıq, ya da başqa ölkələrdən götürürük. Azərbaycanda bloger yoxdur. Xarici blogerlər faydalı, maraqlı videolar çəkirlər. Bizdə yoldan keçənlər də sosial mediaya gəlir, söyüşlə, açıq-saçıqlıqla gündəm olurlar. Onları görəndə düşünürəm ki, biz niyə sosial mediada varıq? Adam həvəsdən düşür”.

Könül
Musavat.com

18.02.2025 15:03
1163