Əməkdar artist Qorxmaz Əlilicanzadə "Elgizlə izlə" verilində mərhum atası aktyor və rejissor Məmməd Əlilidən danışıb.
Xatirələrini bölüşən aktyor efirdə ağlayıb:
"O vaxt mükafat almaq üçün siyahıda atamın adı da verilmişdi. Amma atamın adı keçmədi. Ona veriləndən 5 ay sonra işdən çıxartdılar. socar vakansiya
Elə olmuşdu ki, anam rəhmətlik pəncərədən atama "uşaq üçün dəftər al" demişdi. O da əlini yelləmişdi. Yolda Rəsul Rza ona rast gəlib. Deyib ki, utanmırsan, nə vaxtdır səni axtarıram, məni tutdurmaq istəyirsən? Atam soruşur ki, nə olub? Deyir, sənə neçə aydır maaş yazdırmışam. Atamın gözünə işıq gəlib. Biz o aclığı, çətinliyi görmüşük.
Mənə gündə 1 abbası pul verirdi. 4-cü kurda oxuyanda atam mənə 4 manata şalvar, 3 manata isə köynək aldı. Onu indiki cavanları 99 faizinə versən, deyərlər ki, bunu geyinmərəm. İdman ketası ilə qışda qarın üstündə piyada gedib gəlirdim.
İndi cavanlar valideyni qınayır ki, məni niyə dünyaya gətirdin? Kaş burada doğulmayaydım..."