İki gün sonra, yəni noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində sərhədlərin delimitasiyası üzrə komissiya görüşü keçiriləcək.
Qeyd edək ki, üç ildir sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı heç nəyə nail ola bilməmişik. Danışıqlar da son vaxtlar, demək olar ki, dondurulub. Amma göründüyü kimi, artıq ikitərəfli görüşə razılıq verilib.
Bəs noyabrın 30-da keçiriləcək bu görüşlə bağlı vətəndaşlarımızın hansı gözləntiləri var? Bu görüşün ardınca üçüncü dövlət olmadan, ikitərəfli sülh danışıqları da ola bilərmi?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənməyə çalışıb. Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com