“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281 milyon nəfər) olan Heru Jumartiyah "CNN" deyib ki, onun 86 yaşlı atası 83 yaşlı xanımı ilə birlikdə Məkkəyə ziyarətə gedib: "Biz çox xoşbəxtik ki, atam Həcc ziyarəti zamanı vəfat edib".

"CNN" bildirir ki, islam inancına görə, Həcc ziyarəti zamanı ölmək o anlama gəlir ki, həmin insanların bu dünyadakı bütün günahları əfv olunur. Məkkə torpağında dəfn olunmaq isə böyük səadətdir. 

Screenshot_4.png (962 KB)

"CNN" qeyd edir ki, dəhşətli istilərə baxmayaraq bu il Həcc ziyarətinə 1.8 milyon zəvvar qatılıb. Onlardan 241 min nəfəri İndoneziyadan gəlib.
Özünü Əhməd kimi “CNN”ə təqdim edən 44 yaşlı indoneziyalı bir çox insanın istidən öldüyünə şahid olduğunu bildirib.

“Evə gedəndə bir çox zəvvarın həlak olduğunu gördüm. Demək olar ki, bir neçə yüz metrdən bir üzərinə ağ çəkilmiş cəsədlə qarşılaşırdım”.
"Hər dəfə yerli sakinlər və ya müəyyən qruplar tərəfindən su paylandıqda, onlar dərhal zəvvarların basqısına məruz qalırdı. Çünki hamı su içmək istəyirdi. Yol boyu tibb işçilərinə və ya bir dənə də təcili yardım maşınına rast gəlmədim”.

Amerikalı Saida Wurie isə “CNN”ə bildirib ki, onun valideynlərinin həyatda ən böyük arzusu Həcc ziyarətinə getmək olub. Bu arzuya çatmaq üçün onlar illər ərzində pul toplayıblar. Bütün xidmətlər daxil olmaqla 23 min dollar ödəyərək ziyarətə gediblər. Təəssüf ki, həyatı boyu arzuladıları səfər faciə ilə bitib. 71 yaşlı atam Alieu Dausy Wurie və 65 yaşlı anam Tejan Wurie Həc ziyarəti zamanı vəfat edib. 

Screenshot_6.png (664 KB)

Saida Wurie deyir ki, onlar Səudiyyə Ərəbistanının müvafiq orqanları ilə əlaqə saxlayıblar. Xahiş ediblər ki, valideynlərinin dəfni onlar gəlib çatana kimi təxirə salınsın. Təəssüf ki, bu xahişimiz də nəzərə alınmadı. Biz bildirdilər ki, valideynlərimiz artıq torpağa tapşırılıb.

“CNN” bildirir ki, Səudiyyə ordusunun 1.600 nəfərlik xüsusi tibbi personalı hadisə yerinə yeridilib. 5. 000 nəfər könüllü də zəvvarlara kömək məqsədi ilə ayaqdadır.

Amerikanın ən nüfuzlu media orqanı xatırladır ki, 2015-ci ildə Səudiyyə Ərəbistanının Məkkədən bir qədər kənarda yerləşən Mina şəhərində izdiham zamanı 700-dən çox insan həlak olmuşdu. 2006-cı ildə zəvvarların Minada "şeytanın daşqalaq edilməsi" mərasimində iştirak etmək üçün toplaşdıqları yerdə də izdiham zamanı 363 nəfər ayaqlar altında qalmışdı. Ötən il isə Məkkədə 200-dən çox zəvvar dünyasını dəyişib.

 

Elbəyi Həsənli, Sürix

24.06.2024 21:28
1464