Azad Cəbrayıldan dünyaya səslənən ölkə prezidenti haqlı olaraq, deyir, sitat:”Amerika Dövlət Departamentində yazılıb sonra 60 Konqres üzvünə imzalatdırılan antiAzərbaycan müraciəti”, nəinki 1 il əvvəl Vətən müharibəsinin simvolu olan 44 nəfərə sanksiya istəyən şəxslərdir, bir az da keçmişə qayıtsaq,1989-cu ildə Qarabağın müstəqilliyini tanımağı SSRİ-dən tələb edən senatorların övladlarıdır. Entoni Blinken 1990-cı ilin 20 yanvarında azərbaycanlılara islam fundamentalistləri deyən və Bakıda erməniləri qorumağı tələb edən sonrakı dövlət katibi Con Kerrinin siyasi varisidir.
Kampaniyanın başıçısı Tom Lantos ailəsi hələ 1992-ci ildə 907-ci düzəlişin müəllifi olub və 32 ildir menendeslər, şiflər, pollonelərlə birgə çalışan korrupsiya şəbəkəsidir. Azərbaycan ərazilərinin işğalında Amerika bilavasitə iştirak edib. Zəfərimizə sanksiya tələbinin tək səbəbi Vətən müharibəsinin geosiyasi inqilaba çevrilməsi, bir çox dövlətin regiondan çıxarılmasıdır. Bəli, bölgəni sümürməyə xidmət edən Qarabağ silahı əldən çıxıb. Biz Qələbəmizi Ağ Ev və Yeliseydən icazə almadan qazanmışıq. Qurulan, abadlaşan Vətən deyil, dağılan, viranəyə çevrilən Qarabağ Amerika konqresmenləri üçün daha yaxşı mənəzərədir. İki xalqın düşmənçiliyi bitsə, əbədi müharibə və silah partiyası milyardlarla pul qazana bilməyəcək. İndi prezidentə təzyiqə çalışanların niyyəti Amerika və Fransanı bölgəyə qaytarmaqdır. Barış gündəliyi adı altında mandat istəyənlər Ermənistanın sülhpərvər obrazı arxasında sürətlə silahlandırma siyasəti aparırlar.
Beləliklə, Ermənistanın ərazi bütövlüyünə ən böyük təhlükəni Amerika, İran və Avropa Birliyi törədir. Onlar Azərbaycanın gözlənilən hücumu təbliğatı ilə Cənubi Qafqaza qoşun yeritmək, qədim İrəvan qalasını NATO-nun Əfqanıstandan məğlub çıxan ordusu ilə qorumaq istəyirlər. Məqsəd gələcəkdə NATO ordusununun süngüsü altında erməniləri Xankəndinə qaytarmaq, Azərbaycanı Ağ Evdən, Brüsseldən idarə etməkdir.
İndi gördünüzmü DTXının təcridxanasında cəza çəkənləri azadlığa çıxarmağa çalışanların niyyəti nədir. Qarabağ separatçılarına İrəvanda ən azı açıq və rəsmi şəkildə yüksək tribuna vermir, bəzən cəzalandırırlar da, lakin Vaşinqtonda Dağlıq Qarabağın xüsusi nümayəndəliyi müstəqil dövlətin diplomatik missiyası kimi fəaliyyətini davam etdirir. Ukraynanaın ərazi bütövlüyünü qorumaq adı altında 160 miliyard dollarını xərcləyənlər Göyçə dağlarını aşıb Qarabağa gəlməyə, azərbaycanlıların qanını tökməyə hazırdılar. USAİD-in 250 milyon dollarlıq yardımından sonra Samanta Paur deyir ki, biz yardımları İrəvanı Bakıdan qorumaq üçün edirik..Belə riyakarlıq demokratiya adlanır.
Sanskiyaların digər səbəbi təlim keçdikləri ermənilərlə birgə Amerika ordusunu sərhəddə yerləşdirmək, sülh müqaviləsini Vaşinqtonda imzalayıb Zəngəzur dəhlizinə nəzarət etməkdir. SSRİ-ni dağıdanlar indi Qafqazın sülh erasına daxil olmasının qarşısında ən böyük maneədir.
Müharibədən sonra pozulan hərbi balansı bərpa etmək adı altında Ermənistana verilən 1 milyard dollardan artıq silahla hərbi bərabərlik yaradıb daha sonra regionda Rusiya, İran, Türkiyə və Azərbaycana qarşı döyüşəcəklər. Avropa Birliyinin müşahidə missiyası NATO-nun hərbi taborudur.
Azərbaycan xalqı prezidentin Qələbəmizi Amerika və digər dövlətlərdən qorumaq xəttini qətiyyətlə müdafiə edir. Dövlət, hökumət və parlament vahid mövqedədirlər. Burada iqtidar-müxalifət ayrılığı olmamalıdır.
Müharibə cinayətkarlarının Bakıda məhkəməsi qarşısında onları siyasi məhbus elan edib azadlığa buraxılmasına çalışanlar sabah onları qəhrəman kimi viza silah, maliyyə dəstəyi və hərbi yardımlarla üstümüzə qaytaracaqlar.
Bizi ittiham edənlər bir köçkünün evini Cəbrayılda tikməyiblər. Əksinə, Konqresin Helsinki Komitəsi Azərbaycanın Qərbdəki sərvətlərinə əl qoyub onu Qarabağa qayıtmaq üçün ermənilərə verməyi təklif edir. Biz yaxşı bilirik Liviya, Misir və Yəmən xalqının pullarını avropalılar necə yağmalayıblar.
Ermənilər öyünür ki, tarixən xaçpərətlərin yürüşündə ön cəbhədə olublar.. İndi də tarixi missiyalarına sadiq qalaraq, artıq Rusiyanın deyil, Qərbin forpostu kimi çıxış edirlər.
Amerika özü boyda 907-ci düzəlişdir. Ermənilər özü bilər, lakin biz Amerika bayrağında 51-ci ulduz olmaq istəmirik.
Azərbaycanın 1992-ci ildəki 1 milyon qaçqını olduğu halda sanksiyaya məruz qalan ölkə deyil, qalib dövlətdir. Biz yaranmış vəziyyətdə çıxış yollarını axtararkən, Harrisə səsə verək, yoxsa, Trampa, deyən sadəlövh deyilik..Əsas hədəfimiz İrəvanı Amerika və Fransadan azad etməkdir!
Zahid Oruc, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili