Birol Akgün Ufuk Turqanerlə görüşdü

Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Birol Akgün Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyini ziyarət edib.

Musavat.com-un məlumatına görə, səfir Birol Akgün ŞKTR-nin Azərbaycan Respublikasındakı nümayəndəsi Ufuk Turqaner ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı, o cümlədən bir çox sahədə əməkdaşlığın genişləndiriləcəyinə ümid ifadə edilib.

Ufuk Turqaner də öz növbəsində Birol Akgünə yeni fəaliyyətində uğurlar diləyib.

Nigar HƏSƏNLİ,
Musavat.com

13.02.2025 14:50
479