Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında sevgilisi ilə meyiti tapılan 1996-cı il təvəllüdlü Yasin İbrahimovun və 1985-ci il təvəllüdlü Esmira Mamedovanın görüntüləri yayılıb.
Oxu.Az həmin fotoları təqdim edir:
Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında sevgilisi ilə meyiti tapılan Yasin İbrahimovun yaxınları Baku TV-yə danışıblar.
Mərhumun atasının sözlərinə görə, oğlu intihar etməzdən öncə onlara bu barədə məlumat verib:
"Sonuncu dəfə qardaşım oğluna zəng edib. Deyib ki, məni bağışlayın, özümü öldürəcəyəm. Birlikdə intihar etdiyi qızla münasibəti barədə bilirdik".
Qeyd edək ki, Y.İbrahimov sevgilisi, Xocalı rayon sakini, 1985-ci il təvəllüdlü Esmira Əhliman qızı Mamedova ilə birgə Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında özlərini asaraq canlarına qəsd ediblər. Göygöl Rayon Polis İdarəsinin əməkdaşları onların meyitlərinin qalıqlarını aşkarlayıblar.
Ətraflı Baku TV-nin süjetində: