Birləşmiş Ərəb Əmirliklərinin “Fundament Capital Investment Management” investisiya şirkəti Moskva Birjasının səhmlərinin 6,86 faizini alıb.
Musavat.com Birjanın açıqlamasına istinadən xəbər verir ki, şirkət sentyabrın 30-dək olan müddətdə 156 177 798 səhmin birbaşa alıcısı olub.
Eyni zamanda American State Street Bank and Trust Company-nin Mosbirjadakı payı 5,26 faizdən 2 faizə qədər azalıb.
Qeyd edək ki, Moskva Birjasının əsas səhmdarları hazırda Rusiya Bankı (11,7 faiz), Sberbank (10 faiz), VEB (8,4 faiz), AYİB (5,3 faiz)dir.
Moskva Birjası və onun qrup üzvləri, Milli Klirinq Mərkəzi (NCC) və Milli Hesablaşma Depozitarisi (NSD) 2024-cü ilin iyun ayında ABŞ-ın sanksiyalar siyahısına daxil edilib. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) onlarla əməliyyatları dayandırmaq üçün oktyabrın 12-də müddəti başa çatan lisenziya verib.
Musavat.com