Birinci arvadını öldürdü, ikincisinə xəyanət etdi, digərini bıçaqladı -Sumqayıtda şok(FOTO)

Sumqayıt şəhərində sələmçi qadını qətlə yetirməkdə təqsirli bilinən Rövşən Məmmədovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə tapılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.
İş üzrə dindirikmiş Rövşən Məmmədov ifadəsində bildirib ki, 1990-cı ildə ailəsi ilə birlikdə Ağstafa rayonundan Bakı şəhərinə köçüb və fəhləliklə məşğul olub. 1996-cı ildə işdən qayıdarkən arvadını kənar şəxslə yataqda tutduğundan xəyanətə görə qadını qətlə yetirib.

Cinayət məsuliyyətindən yayınmaq üçün ölkəni tərk edib Rusiyada gizlənib. Lakin bir müddət sonra saxlanılaraq istintaq orqanına təhvil verilib. 1997-ci ilin apel ayında məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum olunub və 2008-ci ildə azdlığa buraxılıb.

2012-ci ildə Gülşən Həsənova ilə ailə qurub. Onun babasına məxsus Kompressorlar zavodunun yataqxanasında yaşamaqla ev təmiri ilə məşğul olub.

10 nömrəli mənzildə əslən Tovuz rayonundan olan Minayə Həsənli yaşayıb. Qadın sələmə pul verməklə məşğul olub. Xoflu olduğundan qonşular şər və böhtanından uzaq olmaq üçün ona baş qoşmayıblar. Minayə verdiyi 100 manat borc üçün hər ayın tamamında 10 manat sələm alıb. Həmin şəxs borcunu gecikdirəndə zəng edib və ya yaşadığı ünvana gedərək pulunu alıb. Rövşən təxminən 3-4 il əvvəl Minayədən 100 manat sələmə pul götürüb. Borcunu qaytara bilmədikdə qadın bunun müqavilində evində bəzi təmir işləri aparmasını deyib.

2015-ci ilin əvvəllərində spirtli içki qəbul etdikdən sonra qarşılıqla razılıq əsasında onunla yaxınlıq edib. 2016-cı ilin yayında arvadı növbəti ailə münaqişəsindən sonra atasının evinə qayıdıb. O isə Novxanıda baş evində kirayədə yaşayaraq fəhləlik edib. Yataqxanadan köçsə də, Minayə ilə münasibətinə kəsməyib. Qadının mənzilinə gedib-gəlib. Minayənin oğlanları onun usta, anasının isə nəvə sahibi olduğunu nəzərə alıb heç nədən şübhələnməyiblər.

Hadisə baş verən günü Rövşən yataqxanaya gəlib. Qadını binanın qarşısında həyətdə səki üzərində oturduğunu görüb. Minayə içkili olduğunu hiss edib, acıqlı tərzdə nəyə görə gəldiyini soruşub. Bir-iki dəqiqə söhbət etdikdən sonra yuxarı qalxıblar. Mətbəxdə aralarında şəxsi münasibətlər zəmnində mübahisə yaranıb. Ünvanına söyüşlər işlədən qadın mətbəx stolunun üzərindən bıçağı götürüb ondan evi tərk etməyi tələb edib. Qadının nalayiq ifadələrindən qəzəbləndiyi üçün yumurqla onun sağ qolundan vurub bıçağı yerə salıb. Qadını soyuduya tərəf sıxaraq bədəninə zərbələr endirməyə başlayıb. Yetirdiyi xəsarətlərin 6-7- sini xatırlasa da, sonrakı zərbələrin sayını itirib. Kimlərinsə gəlib onu görəcəyindən ehtiyatlanıb tez öldürmək üçün zərbələri sürətləndirib. Qadın yerə yıxılıb. Qalan xəsarətləri ona yerdə yetirib.

Minayənin artıq öldüyünü görüb bıçağı qabyuyan şkafın arxasına atıb. Döşəmədən evin açarlarını götürüb. Evdə axatarış aparsa da, heç nə tapmayıb. Açarları mənzilin girişində dəmir asılqandan asaraq oradan çıxıb.

Təxminən saat 21:00 radələrində avtobusa minib bazara oradan isə Novxanıya gedib. Artıq əməlindən peşman olub. Törətdiyi hadisə barədə heç kimə məlumat verməyib. Bir gün sonra polis əməkdaşları gəlib onu idarəyə aparıblar. Orada Minayə Həsənlini qətlə yetirdiyini etiraf edib.

Məhkəmə prosesində Rövşən Məmmədov ittiham üzrə özünü təqsirli bilməyərək qeyd edib ki, Minayə Həsənlini öldürməyib. Cinayətin kim tərəfindən törədilməsi barədə məlumatı yoxdu və ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi həqiqəti əks etdirmir. Onun əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəs ilə düzgün tövsif edilib.

Sonda məhkəmənin hökmü ilə Rövşən Məmmədov 14 il müddətinə azadlıqdan məhrum olunub.

17.08.2023 17:34
1118