Birgə komissiyalarla bağlı SON DƏQİQƏ açıqlaması: sentyabrın 24-də...

Sentyabrın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməyə baxacaq.

Musavat.com bildirir ki, erməni mediası bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Ötən həftə reqlament Ermənistan hökumətinin iclasında təsdiq edilib. Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə verdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıblar.

Qərar layihəsində qeyd edildiyi kimi, müddəa ekspert qruplarının fəaliyyəti, delimitasiya işinin təşkili və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun tərtib edilməsini, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtib edilməsini və müvafiq sənədlərin qəbulunu nəzərdə tutur. Onun əsasında qəbul ediləcək əsasnamə və sənədlərin delimitasiya işlərinin tam gedişini təmin etmək üçün hüquqi bazanı tamamlayacağı iddia edilir.

Musavat.com

10.09.2024 18:26
1177