Almaniya, Avstraliya, Kanada və Niderland Əfqanıstanda qadınlara qarşı ayrı-seçkiliyə görə Taliban hökumətinə qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıra bilər.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın "Zeit" qəzeti məlumat yayıb.
Bildirilib ki, Almaniya və bir sıra müttəfiq dövlət “Taliban”dan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edib.
“Almaniyanın xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Avstraliya, Kanada və Niderlanddan olan həmkarları ilə bu mövzuda məsləhətləşmələr aparmaq niyyətindədir. Müəyyən müddət ərzində heç bir addım atılmayacağı halda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət oluna bilər”, - nəşr qeyd edib.