Bir gündə Qarabağdan Ermənistana köçənlərin sayı AÇIQLANDI

Azərbaycan vətəndaşlığını qəbul etməyərək ölkəmizi tərk edən Qarabağdakı ermənilərin sayı gecə saatlarında daha 500 nəfərədək artıb.

Musavat.com bu haqda erməni mediasına istinadən bildirir. Məlumata görə, saat 00.00-da Qarabağdan Ermənistan ərazisinə daxil olanların sayı 1510-a çatıb. Bu məlumatı Ermənistan hökuməti təsdiqləyib.

Qeyd edək ki, bu 24 sentyabrda Qarabağı tərk edənlərin sayıdır.

 

Musavat.com

25.09.2023 02:42
2275